
"Ağrı və adrenalindən dişimi sıxmışdım. Dua edirdim ki, yarış tez bitsin".
Sportnet.az-ın məlumatına görə, bunu "Mercedes" komandasında çıxış edən "Formula 1" pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindən sonra "Sky Sports"a açıqlamasında deyib.
7 qat dünya çempionu həmin ağrıları sözlə ifadə edə bilməyəcəyini söyləyib: "Amma ümumilikdə biz yaxşı vəziyyətdəyik. 3 və 4-cü yeri tutmaq komanda üçün əla nəticə sayılır".
Qeyd edək ki, Lüis Hemilton Bakıdakı yarışda 4-cü olub. Onun komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.