"Formula 1" üzrə dünya çempionatında çıxış edən "AlphaTauri" komandası yaponiyalı pilotu Yuki Tsunoda ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı sürücünün yeni sözləşməsi 2023-cü ilin sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisi 28 - 30 apreldə baş tutacaq.