Rusiyanın qadınlardan ibarət boks üzrə yığma komandasının baş məşqçisi Viktor Lisiçın Birinci Avropa Oyunlarında 1 qızıl medal qazanarlarsa, bunun yaxşı nəticə olacağını deyib. Sportnet.az-ın məlumatına görə, şimal qonşumuz qadınların boks yarışında 5 idmançı ilə - Sayana Saqatayeva (51 kq), Yelena Saveleva (54 kq), Zinaida Dobrınina (60 kq), Anastasiya Belyakova (64 kq) və Yaroslava Yakuşina (75 kq) təmsil olunacaq.
Rusiya seçməsinin baş məşqçisi Bakıda gərgin rəqabətin olacağını deyib: "Bütün çəki dərəcələrində gərgin rəqabət gedəcək. Əsas rəqiblərimiz kimi İrlandiya, İngiltərə, Azərbaycan, Bolqarıstan, Rumıniya, Polşa, Fransa və İtaliya komandalarının adını çəkə bilərəm. Bir qızıl medal qazansaq, bu yaxşı nəticə olar. Bundan başqa bir neçə digər əyarlı mükafatlar almağa da iddia edirik.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |