Azərbaycan Karate Federasiyasının rəhbərliyi WKF üzrə böyüklərdən ibarət milli komandanın üzvləri və baş məşqçilər, məşqçi köməkçiləri ilə görüş keçirib.
Sportnet.az xəbər verir ki, görüş zamanı idmançıların problemləri dinlənilib, gələcəkdə iştirak ediləcək beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.
Federasiya rəhbərliyi, həmçinin millimizin üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretskanı da qəbul edib. Üçqat dünya çempionu ona göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və AKF-in rəhbərliyinə öz təşəkkürünü bildirib. O, 1 illik analıq məzuniyyətindən sonra qarşıdakı yarışlara hazır olduğunu bildirib.
Qeyd edək ki, son beynəlxalq yarışlarda fərqlənən karateçi Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul olunub.