
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycanın 3 çəki dərəcəsində 5 cüdoçusu tatamiyə çıxacaq.
Sportnet.az xəbər verir ki, kişilər arasında 73 kq çəki dərəcəsində Qədir Hüseynov və Rüfət Şövlətov, 81 kq çəkidə Məhərrəm İmamverdiyev medallar uğrunda mübarizə aparacaq.
Qadınların yarışında isə 70 kq çəkidə Günel Həsənli və Südabə Ağayeva qüvvəsini sınayacaq.
Turnirin təsnifat mərhələsinin görüşlərini 10:00-dan canlı olaraq judotv.com saytından, final blokunu isə 17:00-dan etibarən İdman TV-dən izləmək olar.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçuları medal qazana bilməyib.