
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar 48 kq və 52 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Bu çəkilərdə Azərbaycanın 5 tatami ustası bacarığını göstərəcək. Onların hamısının ilk görüşləri 1/16 finala təsadüf edəcək.
Kişilər
60 kq
1/16 final. Əhməd Yusifov - İshak Aşpiz (İsrail)
1/16 final. Turan Bayramov - Ceyms Zahra (Malta)
66 kq
1/16 final. Ruslan Paşayev - Boyan Yotov (Bolqarıstan)
Qadınlar
48 kq
1/16 final. Könül Əliyeva - Paulina Şlaxta (Polşa)
52 kq
Gültac Məmmədəliyeva - Çiara Serra (Almaniya)
Qeyd edək ki, yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Medal qarşılaşmaları isə saat 18:00-da olacaq.