Malta yığmasına 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşü zamanı Azərbaycan millisinin futbolçuları arasında münaqişə baş verib.
Sportnet.az-ın məlumatına görə, xoşagəlməz olay 86-cı dəqiqədə rəqib komandanın ikinci qolu vurmasından sonra yaşanıb.
Buraxılan qolda Anton Krivotsyuk Abdulax Xaybulayevə irad bildirib. Xaybulayev isə ona sərt cavab qaytarınca insident böyüyüb. Onları komanda yoldaşları aralayıblar.
Münaqişənin başlanğıcı və yekunu canlı yayımda da nəzərlərdən qaçmayıb.
Oyundan sonra baş məşqçi Ayxan Abbasov münaqişə barədə sualı belə cavablandırıb: "Həmin anda mən qapımıza vurulan ikinci qolun video-təkrarına baxırdım. Ona görə meydançada baş verənləri görmədim. Araşdırma aparmaq üçün vaxtımız var. Uşaqlar qələbə istəyirdilər ki, bu da fərdi mübarizələrdə özünü göstərirdi.
Toqquşmada iştirak edənlərə haqq qazandırmıram. Tədbir görüləcək".
Qeyd edək ki, Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzub.




















































































