Azərbaycan II Liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimi mayın 24-də keçiriləcək.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Binə qəsəbə stadionunda təşkil olunacaq tədbir saat 16:30-da başlanacaq.
Mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Qeyd edək ki, II Liqanın qalibi adını 76 xalla "Xankəndi" qazanıb. "Qaradağ Lökbatan" 71 xalla ikinci, "Quba" 51 xalla üçüncü yeri tutub.













































































