
İyulun 30-dan avqustun 3-dək Varşavada güləş üzrə beynəlxalq turnir keçirilib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda Azərbaycanı sərbəst güləşdə Giorgi Meşvildişvili (125 kq) təmsil edib.
Ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyən təcrübəli güləşçi Varşavada uğurlu çıxış edib. Olimpiya Oyunlarının bürünc medalçısı və Avropa çempionu bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.