
"Fighters Only" jurnalının təsis etdiyi "World MMA Awards" mükafatının namizədləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, "ilin ən yaxşı döyüşü" nominasiyasının iddiaçılarından biri azərbaycanlı Nazim Sadıxovla braziliyalı Nikolas Mottanın döyüşüdür.
Digər namizədlər arasında Cek Della Maddalena - Belal Məhəmməd, Usman Nurməhəmmədov - Pol Hyuz, Esteban Riboviç - Daniel Zelhuber və Coşua Van - Brendon Royvel döyüşləri var.
Qeyd edək ki, "World MMA Awards" mükafatı 2008-ci ildən təqdim olunur.
Nazim Sadıxov iyunun 21-də Bakı Kristal Zalında təşkil olunan "UFC Döyüş Gecəsi"ndə Nikolas Mottanı nokautla məğlub edib.