
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal əldə edib.
O, əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan azərbaycanlı cüdoçu təsəlliverici görüşdə macarıstanlı Botond Kunyikini yuko ilə üstələyib.
Həlledici qarşılaşmada isə yaponiyalı Toai Haşimaya ipponla qalib gələn Ələsgərov mundialı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, ilk yarış günündə 50 kq çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalmışdı.