
Sentyabrın 27-də Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnirə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə keçirilən yarışda 10 ölkənin 200-dən artıq idmançısının iştirakı gözlənilir.
4-cü dəfə keçiriləcək memorialda məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında Rəşad Məmmədov, Fərid Sadıxlı (hər ikisi 55 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkgül Həziyev (72 kq), Rəvan Nuriyev (77 kq), Laçın Vəliyev (87 kq), Arif Niftullayev, Məhəmməd Əhmədiyev (hər ikisi 97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
İki gün davam edəcək turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyacaq.