
Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunlarının stend atıcılığı yarışları keçirilib.
Sportnet.az xəbər verir ki, azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının “trap” növündə fərdi yarışda ikinci yeri tutub.
Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatova qazanıb. Digər Azərbaycanlı idmançı, Mürtəza Novruzlu, da gümüş medala sahib çıxıb.
Stend atıcılığının “trap” növündə fərdi yarışda o ikinci, rusiyalı Kiril Baqrov isə birinci yeri tutub.
Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).