
Gəncə İdman Sarayında keçirilən qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında Azərbaycan təmsilçisi Mirnuray Abasova bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki idmançımız qrup mərhələsini 3 qələbə ilə başa vurub. Daha sonra pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edən Abasova ən güclü 8-liyə yüksəlib. 1/4 finalda isə rusiyalı Anastasiya İlyuşenkoya 15:13 hesabı ilə qalib gələn qılınoynadan yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda Mirnuray Abasova digər Rusiya təmsilçisi Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzaraq yarışı bürünc medalla başa vurub.