
MDB Oyunlarında 60 kq çəki dərəcəsində Fərid Savadov gümüş medal qazandı
Sportnet.az xəbər verir ki III MDB Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fərid Savadov final görüşünə çıxıb. Həlledici qarşılaşmada o, Qazaxıstan təmsilçisi Darxan Timraliyevə məğlub olub.
Bu nəticə ilə Fərid Savadov turniri gümüş medalla başa vurub.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.