
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Perunun paytaxtı Limada keçirilən Qran Pridə 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində rəqib Ukrayna təmsilçisi Mixaylo Svidrak olub.
Qarşılaşmadan qalib ayrılan Rəcəbli bürünc medal qazanıb.
Azərbaycanın bu çəkidəki digər təmsilçisi Vüsal Qələndərzadə, eləcə də 73 kq-da yer alan olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov 1/8 finalda uduzub. Heydərovla eyni çəkidə çıxış edən Rəşid Məmmədəliyev isə təsəlliverici görüşdə uduzaraq, 7-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq), eləcə də Könül Əliyeva (48 kq) bürünc mükafata yiyələnib.
Qran Priyə oktyabrın 13-də yekun vurulacaq.