
Azərbaycanı Meksikanın Qvadalaxara şəhərindəki Qran Pridə təmsil edən cüdoçu Hidayət Heydərov final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib çexiyalı Çusniddin Kərimov olub.
Qızıl xal bölümündə ipponla qələbə qazanan Heydərov qızıl medala yiyələnib.
Beləliklə, titullu cüdoçu 2024-cü il Paris Yay Olimpiya Oyunlarından sonra ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.
------------------
Azərbaycanı Meksikanın Qvadalaxara şəhərindəki Qran Pridə təmsil edən cüdoçu Rəşid Məmmədəliyev 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib kanadalı Justin Lemir olub.
Qarşılaşmadan ippon sayəsində qalib ayrılan Məmmədəliyev bürünc medal qazanıb.
------------------
Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran Pridə Azərbaycanın daha iki cüdoçusu finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan olimpiya, dünya və üç qat Avropa çempionu Hidayət Heydərov ardıcıllıqla Finlandiya, Kanada və Venesueladan olan rəqiblərini üstələyib.
Həlledici qarşılaşmada 28 yaşlı idmançı çexiyalı Çusniddin Kərimovla üz-üzə gələcək. Nəticədən asılı olmayaraq, bu, Heydərovun 2024-cü il Paris Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan sonra ilk böyük nailiyyətidir.
Onun eyni çəkidəki komanda yoldaşı Rəşid Məmmədəliyev isə meksikalı və sloveniyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda məhz Kərimova uduzub. Məmmədəliyev bürünc medal qarşılaşmasında kanadalı Justin Lemirlə görüşəcək.
81 kq çəkidə çıxış edən Vüsal Qələndərzadə İspaniya, ABŞ və İtaliya cüdoçularını məğlub edib. Onun finalda rəqibi finlandıyalı Eetu İhanamaki olacaq.
Eyni çəkidəki Zelim Tçkayev Meksika və ABŞ-dan olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda İhanamakiyə yenilib. Tçkayev bürünc medal görüşündə Mixaylo Svidrakla qarşılaşacaq.
Medal görüşləri bu gecə saat 3:00-da başlanacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) qızıl, Əhməd Yusifov (66 kq) bürünc medal qazanıb.