
Beynəlxalq Cüdo Federasiyası Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanan Hidayət Heydərov (73 kq) haqqında paylaşım edib.
Sportnet.az xəbər verir ki, qurum Azərbaycan təmsilçisinin 73 kiloqram çəki dərəcəsində əsas favoritlərdən olduğunu qeyd edib: "Onun Perunun paytaxtı Limadakı məğlubiyyətindən sonra motivasiya ilə bağlı suallar yaranmışdı. Lakin Hidayətin Qran-Pridəki əzmkarlığı və peşəkar çıxışı bütün şübhələri aradan qaldırdı".
Eyni uğura imza atan Vüsal Qələndərzadənin (81 kq) də Eetu İhanamakiyə (Finlandiya) qalib gəlməsi işıqlandırılıb: "Finalda iki fərqli üslubda çıxış edən idmançılar üz-üzə gəldi. Vüsal hücum ritmi və Eetu isə dəqiqliyi ilə tanınırdı. Azərbaycan təmsilçisinin ipponla qələbəsi göz qamaşdırdı".
Qeyd edək ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələyərək qızıl medal əldə edib.