Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan Babaşov yarımfinalda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gəlib.
Həlledici görüşdə onun rəqibi Rumıniya təmsilçisi Vitali Yeryomenko olacaq.
----------------
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, o, ilk xal prinsipinə əsasən, rusiyalı Dordji Şunqurtsikovaya qalıb gələrək 1/2 finala vəsiqə qazanıb.
Babaşov finala gedən yolda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
130 kq çəkidə yer alan Ayxan Mərdanov isə 1/4 finala adlayıb. Lakin bu mərhələdə Mərdanov rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabı ilə uduzub.
77 kq-da Davud Məmmədov təsnifat mərhələsində macarıstanlı Levente Levaya 0:5 hesabı ilə uduzub və rəqibi finaladək irəliləyə bildiyi üçün mübarizəni dayandırıb.
87 kq-da Laçın Vəliyev təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabı ilə yenilib. Lakin Faruxisencani finala yüksəldiyi üçün Vəliyev təsəlliverici görüşlərə qatılacaq. Bürünc medal uğrunda mübarizədə ilk rəqib özbəkistanlı Murodjon Alimjonov olacaq.


















































































