Moldovanın paytaxtı Kişineuda 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl medal yazdırıb.
66 kq çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq Avropa çempionu olub.
Turnirə 1/16 finaldan başlayan Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən azərbaycanlı cüdoçu yarımfinalda ukraynalı Nazar Viskova qalib gəlib.
Qeyd edək ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.





































































