Noyabrın 8-də Macarıstanın Dyör şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürəcək.
Sportnet.az xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycan 5 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Turnirə Nazim Kamilov (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Yaqub Məmmədov, Nihat Zülfüqarov (hər ikisi 73 kq) və Əmir Xəzriyev (90 kq) yollanıb
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışa 30 ölkədən 531 cüdoçu qatılacaq.
















































































