Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki VI İslam Həmrəyliyi Oyunlarında çıxış etmiş Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.
Sportnet.az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, federasiya əməkdaşları, cüdoçuların qohumları və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, Azərbaycanın qarışıq komandası finalda Özbəkistan seçməsi üzərində inamlı qələbə qazanıb - 4:0. Qalib komandanın tərkibində qadınlardan Fidan Əlizadə, Aydan Vəliyeva (hər ikisi 57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Günel Həsənli (70 kq), kişilərdən Ruslan Paşayev, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.
Bundan başqa Azərbaycan cüdoçuları fərdi mübarizədə isə 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla, 9 medal əldə edib.

























































































