Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin bıçaqlanması işi ilə bağlı Türkiyədə saxlanılan Azərbaycan vətəndaşları - Azər Həsənsoyla Elşən Abdulrəhimov azadlığa buraxılıb.
Sportnet.az xəbər verir ki, qərar Antalya məhkəməsinin hökmü ilə çıxarılıb.
Xatırladaq ki, Araz Musayev mayın 28-də Türkiyədə bıçaqlanıb. Ona boyun və qarın nahiyəsindən iki bıçaq zərbəsi vurulub.
Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Hadisə ilə bağlı Özbəkistanın 3, Azərbaycanın 2 vətəndaşı saxlanılmışdı (Unikal).








































































