Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.
O, üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Qəhrəmanov 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

















































































