Gəncə İdman Sarayında təşkil olunan u-20 Azərbaycan çempionatında sərbəst güləş üzrə son 5 çəki dərəcəsində finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarışın dördüncü günündə 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da həlledici görüşlərə vəsiqə qazananların adlarına aydınlıq gəlib:
61 kq
Camal Abbasov (“Neftçi”, Gəncə) – Məhəmmədəli Əlizadə (İmişli)
70 kq
Hacı Kərimov (Neftçi) – Sadiq Hüseynov (Neftçi)
79 kq
Elcan İsmayılzadə (Neftçi) – Əli Hacıyev (AİJA)
92 kq
Hüseyn Məmmədtağızadə (Neftçi) – İsmayıl Əsədli (Gəncə, Təhsil-1)
125 kq
Muxamad Qantemirov (AGF) – Yusif Dursunov (Neftçi)











































































