Azərbaycanın qadın güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 2026-cı ilin ilk reytinq turnirində medalsız çıxışlarını davam etdirirlər.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə yığmanın 2 üzvü xalça üzərinə çıxıb.
Elnurə Məmmədova (50 kq) kanadalı Keti Dutçaka tam üstünlüklə (15:4) qalib gəlsə də, 1/4 finalda hindistanlı Nilam Nilama (2:12), təsəlliverici görüşdə isə polşalı Aqata Qoluşovskayaya (2:12) məğlub olub.
Onunla eyni çəkidə çıxış edən Əsmər Cankurtaran 1/8 finalda italiyalı Emanuela Liutsiyə uduzub – 3:14.
Yarışın ikinci günündə yığmanın daha 2 üzvü qüvvəsini sınayıb. Günay Qurbanova (59 kq) hindistanlı Rajnita Rajnıtaya tam üstünlüklə (16:3) qalib gəlsə də, yarımfinalda amerikalı Alexis Marie Janıaka (0:11) məğlub olub. O, bürünc medal uğrunda mübarizədə almaniyalı Elena Heike Bruggera (0:7) uduzub.
Birgül Soltanova (68 kq) isə 1/8 finalda hindistanlı Nisha Nıshaya (1:8) uduzub.
Bu gün isə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.













































































