Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 2026-cı ilin ilk reytinq turnirini Azərbaycan millisi bir medalla başa vurub.
Sportnet.az xəbər verir ki, qadın güləşçi Zəhra Kərimzadə bürünc medala sahib olub.
72 kq çəki dərəcəsində yer alan Kərimzadə cəmi 2 görüş keçirib. O, 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.
Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.
Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.
Qeyd edək ki, Azərbaycan reytinq turnirində yalnız qadın güləşində təmsil olunub.
















































































