Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın 2 yunan-Roma güləşçisi fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, Rəşad Məmmədov (55 kq) türkiyəli Ömər Rəcəpə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medala yiyələnib.
İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçi həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da Abbasov böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.
Beka Kandelaki (130 kq) üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabı ilə məğlub olaraq, 5-ci yerlə kifayətlənib.


















































































