1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləş komandamız Dağıstanda ikinci oldu
Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında I beynəlxalq turnir keçirilib. ASzərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, turnirdə Dağıstan, Şimali Osetiya, Çeçenistan, Tacikistan, Abxaziya, Ermənistan və yerli Levaşi rayon komandaları ilə yanaşı, gənclərdən ibarət komandamız da mübarizə aparıb.
Yığmamızın 8 üzvü böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edib. Komanda xarakterli yarışda onlar Tacikistan, Şimali Osetiya və Levaşi komandaları ilə bir yarımqrupda mübarizə aparıb. Tacikistan yığmasını 7:1, Şimali Osetiya və Levaşi komandalarını 6:2 hesabı ilə məğlub edən komandamız yarımqrupu ilk sırada başa vurub. Finalda digər yarımqrupun qalibi Dağıstan yığması ilə qarşılaşan güləşçilərimiz 6:2 məğlub olub və turniri ikinci sırada tamamlayıb.
Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilovun (120 kq) yer aldığı yığma komandamız turnirin gümüş medalına sahib olub.
Bundan başqa, yığmamızın üzvü Əfqan Xaşalov (55 kq) "ən yaxşı texnikalı güləşçi" nominasiyasında kubokla təltif edilib.