1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin "Qitələrarası Kubok" üçün "11-liy"i
Azərbaycanın sərbəst güləş üzrə milli komandası Dağıstanın Xasavyurt şəhərində keçiriləcək 7-ci "Qitələrarası Kubok"da iştirak edəcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, 16-18 oktyabrda keçiriləcək turnirdə 11 güləşçinin iştirakı planlaşdırılır.
Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Ruslan Qasımov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Teymur Məmmədov (hər ikisi 65 kq), Coşqun Əzimov, Emin Əzizov (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov, Məhəmməd Abdulxalikov (hər ikisi 86 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, oktyabrın 17-də 57 kq, 65 kq, 74 kq və 97 kq, yarışın son günündə isə 61 kq, 70 kq, 85 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.