1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında daha bir medal
Yunanıstanın paytaxtı Afinada Veteran güləşçilərin Dünya çempionatında Azərbaycan pəhləvanları daha 1 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, sərbəst güləş yarışlarında 69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılov finalda Gürcüstan təmsilçisinə məğlub olaraq gümüş medal qazanıb.
O, finala qədər ABŞ və Macarıstandan olan rəqiblərini üstələyib.
Qeyd edək ki, Azərbaycanın veteran güləşçiləri sərbəst güləş yarışlarında qazandığı medalların sayını 4-ə çatdırıb. Buna qədər İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş və Rövşən İsmayılxanlı (130 kq) bürünc medal qazanıb.