1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçimiz bürünc medal qazandı
İranın paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirinin ilk yarış günündə Azərbaycan idmançısı bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb.
Yarışların ikinci günündə 57 kq, 61 kq, 74 kq və 86 kq çəkidə sərbəst, 71 kq, 75 kq, 80 kq və 85 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.