1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimiz İranda 2 medal qazandı
İranın paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən ənənəvi "Təxti Kuboku"na yekun vurulub. Sportnet.az-ın məlumatına görə, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə Azərbaycan yığması turniri 2 bürünc medalla başa vurub.
İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərindən Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib. Sərbəst güləşçilərdən isə Mircəlal Həsənzadə (57 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin görüşlərini idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.