1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stadnik tarixi vətənində güləşəcək
Fevralın 13-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnirə start veriləcək. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycanın qadın güləşi üzrə yığma komandası da mübarizə aparacaq.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında əslən ukraynalı Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Anjela Doroqan, Almaz İsmayılova (hər ikisi 55 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç (hər ikisi 58 kq), Tatyana Omelçenko (60 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (69 kq) sınaqdan keçiriləcək.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.
Proqrama əsasən, fevralın 13-də 48, 55, 60, 69 kq, 14-də isə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər yarışacaq.