1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın "Bakı 2015" medalçısı karyerasını bitirdi
"Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Xaybula Musalov karyerasını başa vurub. Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın icraçı direktoru Nağı Səfərov bildirib.
N.Səfərovun sözlərinə görə, 26 yaşlı idmançının qərarına zədəsi səbəb olub: "Musalov Avropa Oyunlarından sonra təlim-məşq toplanışında gözündən zədə almışdı. Bir müddət həkim nəzarətində olsa da, həkimlər onun döyüşməsinə icazə vermədilər. Bu səbəbdən, Xaybula karyerasını bitirməli oldu".
Qeyd edək ki, Xaybula Musalov "Bakı 2015" I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. Hələlik Azərbaycan yığması bu çəkidə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyib. (Report)