1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rüstəm Orucov: "Azarkeşlər ona dəstək verirdi"
"Avropa çempionatı ən güclü yarışlardan biridir". Sportnet.az xəbər verir ki, bunu Rusiyanın Kazan şəhərindəki Avropa çempionatında qızıl medal qazanmış Rüstəm Orucov (60 kq) Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ən çətin görüşü yarımfinalda rusiyalı Denis Yartsevə qarşı olub: "Çünki bütün azarkeşlər ona dəstək verirdi. Buna baxmayaraq, bütün gücümü toplayıb ona qalib gəldim".
Gümüş medalçı Orxan Səfərov (60 kq) isə finaldakı məğlubiyyətini öz səhvi ilə əlaqələndirib: "Ardıcıl iki il Avropa çempionatında gümüş medal qazanmaq asan deyildi. Keçən il olduğu kimi, bu dəfə də "qızıl"a çox yaxın idim. Hətta deyərdim ki, işin böyük hissəsini görmüşdüm. Çempionluqdan məni bir dəqiqə ayırırdı. Fənd yerinə yetirmək istəyəndə öz səhvim ucbatından yıxıldım. Bundan öncə isə vazari və yuko xalı, eləcə də cərimələrdə öndə idim. Qismət belə gətirdi. Amma medal qazandığım üçün çox sevinirəm. Növbəti yarışlarda belə səhvlərə yol vermərəm".