1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kəmaləddin Heydərov baş məşqçi qərarını verdi
Azərbaycanın taekvondo və boks yığmalarının baş məşqçiləri ilə bağlı qərar verilib. Bu barədə Sportnet.az-a hər iki federasiyada icraçı direktoru vəzifəsində fəaliyyət göstərən Nağı Səfərov məlumat verib.
O, bildirib ki, taekvondo üzrə yığma komandanın baş məşqçisi Rza Mehmandustla müqavilə müddəti artırılıb. Mehmandustla müqavilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər artırılıb. Bu müddətdə onun nəticələri qane edici sayılsa, anlaşma müddəti yenidən artırıla bilər.
Boks yığmasının müqavilə müddəti başa çatan baş məşqçisi Pedro Roke ilə yollar ayırılıb. N.Səfərovun sözlərinə görə, buna səbəb federasiya rəhbərliyinin kubalı mütəxəssisin nəticələrindən qane olmamasıdır: "Yeni baş məşqçi ilə bağlı qərar hələ verilməyib. Namizədlər var. İdmançılar hazırda öz klublarında məşq edirlər. Ən geci yanvardan başlamalıyıq".
Qeyd edək ki, boks yığmasının baş məşqçisinin istefaya göndərilməsi ilə bağlı ilk xəbəri "Futbol+" verib.