Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürəcək. Sportnet.az-ın məlumatına görə, çempionatda Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edəcək.
Sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun başçılığı altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) təmsil edəcək. Qvarzatilov mübarizəyə bu gün 1/16 finaldan başlayacaq və rəqibi monqolustanlı Tuvşintulqa Tumenbileg olacaq.
Yunan-Roma növü üzrə güləşçilərimiz baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında çıxış edəcək. Heyətdə Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yer alıb. Əliyev də bu gün 1/16 finalda müarizəyə başlayaaraq xorvatiyalı Dominik Etlingerlə üzləşəcək.
Qadın güləşi yarışlarında baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaq. Kolesnik isə 1/8 finaldan çıxış edəcək və rəqibi monqolustanlı Otqontsetseq Daavaasukh olacaq.
Qeyd edək ki, yarışda hakimlər briqadasında Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edəcək.