İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı belaruslu Dmitri Şerşan ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə ipponla məğlub olub. Nəticədə o, 5-ci yeri tutub.
İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Orxan Səfərov yarımfinal mərhələsində məğlub olub.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı sloveniyalı Adrian Qomboka uduzub. O, bürünc medal uğrunda görüşdə belaruslu Dmitri Şerşan ilə qarşılaşacaq.
Bu çəkidəki digər azərbaycanlı cüdoçu Nicat Şıxəlizadə təsəlliverici görüşdə belaruslu Dmitri Şerşana uduzaraq, çempionatı 5-ci yerdə başa vurub.
Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib.
Sportnet.az-ın məlumatına görə, birinci yarış günündə Azərbaycanın 9 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan 6 qadın idmançının hamısı elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Həmçinin, 60 kg çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli də startdaca uduzub.
Əvəzində 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərovla Nicat Şıxəlizadə medallar uğrunda mübarizəni davam etdirirlər.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Səfərov ardıcıl olaraq, xorvatiyalı Bernard Azinoviç, israilli Barux Şmaylov və portuqaliyalı Joao Krisostomonu məğlub edərək, yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi sloveniyalı Adrian Qombok olacaq.
Şıxəlizadə isə ilk 2 görüşündə moldovalı Denis Vyeru və ukraynalı Georgi Zantarayanı mübarizədən kənarlaşdırsa da, 1/4 finalda italiyalı Matteo Medvesə uduzub.
Lakin o, mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək. Təcrübəli cüdoçunun rəqibi belaruslu Dmitri Şerşan olacaq.
Qeyd edək ki, təsəlliverici, yarımfinal və final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, üç gün davam edəcək yarışa 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) qatılacaq. Azərbaycanı 9 kişi və 7 qadın olmaqla, 16 tatami ustası təmsil edəcək.
İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq. Cüdoçuların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.
Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 11, Felipe Santos ("Araz-Naxçıvan"), Cesse Sekidika ("Sabah") - hər ikisi 9, Davit Volkov ("Zirə"), Salifu Suma ("Zirə"), Coy-Lens Mikels ("Sabah") - hamısı 8, Pavol Şafranko ("Sabah"), Nəriman Axundzadə ("Qarabağ") - hər ikisi 7 qol.