Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti postuna seçkinin tarixi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, seçki 2 – 3 oktyabrda Rusiyanın paytaxtı Moskvada qurumun növbəti konqressi çərçivəsində baş tutacaq. Toplantıda AİBA-nın İcraiyyə Komitəsinə üzvlər də seçiləcək.
Qurumun prezidenti postuna namizədlərin qeydiyyatı sentyabrın 23-də başa çatacaq. Quruma rəhbərlik etməyə ən real namizəd kimi Qazaxıstan Boks Federasiyasının prezidenti Serik Konakbayev göstərilir.
Qeyd edək ki, 2017-ci ilin iyununda AİBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu prezident postundan kənarlaşdırıb. Quruma müvəqqəti olaraq vitse-prezident Qafur Rəhimov rəhbərlik edir.