Formula 1 üzrə dünya çempionatında mövsümün ilk yarışı – Avstraliya Qran-prisi başa çatıb.
Sportnet.az xəbər verir ki, Melburndakı "Albert Park Halqası" trasında keçirilən yarış 5,2 kilometrlik trekdə 58 dövrə üzrə baş tutub.
Poul mövqeyindən start alan Corc Rassell finiş xəttini 1 saat 23 dəqiqə 06.801 saniyə nəticə ilə birinci keçərək mövsümə qələbə ilə başlayıb.
Onun komanda yoldaşı Kimi Antonelli liderdən 2.974 saniyə geri qalaraq ikinci olub.
Şarl Lekler isə qalibdən 15.519 saniyə geri qalaraq üçüncü pilləni tutub.
Yarış zamanı yerli pilot Oskar Piastri 4-cü döngədə bolidin idarəetməsini itirərək baryerlərə çırpılıb və mübarizəni vaxtından əvvəl dayandırıb.
Mövsümün ikinci mərhələsi – Çin Qran Prisi 15 martda keçiriləcək.
Pilotların ilk “5-liyi”
1. Corc Rassell ("Mercedes") – 25 xal
2. Kimi Antonelli ("Mercedes") – 18
3. Şarl Lekler ("Ferrari") – 15
4. Lüis Hemilton ("Ferrrari") – 12
5. Lando Norris "("MakLaren") – 10
Konstruktorların ilk “5-liyi”
1. "Mercedes" – 43 xal
2. "Ferrari" – 27
3. "MakLaren" – 10
4. "Red Bull" – 8
5. "Haas" – 6 xal.












































































