Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Küveytdən təhlükəsiz şəkildə Vətənə qayıdıblar.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Hər iki ədalət təmsilçisi Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddətdir Küveytdən Azərbaycana qayıda bilmirdilər.
AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirir.














































































