Türkiyənin "Beşiktaş" klubu baş məşqçi postuna Filipe Luisin namizədliyini nəzərdən keçirir.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı mütəxəssislə artıq əlaqə saxlanılıb. Adı "Fənərbağça" ilə də hallanan 40 yaşlı baş məşqçinin Türkiyədə işləməyə müsbət yanaşdığı bildirilir.
“Beşiktaş” Sergen Yalçının istefasından sonra bir neçə namizədi nəzərdən keçirsə də, bu varianta xüsusi önəm verir.
Qeyd edək ki, Filipe Luis son olaraq Braziliya "Flamenqo"sunun baş məşqçisi olub və "Qarabağ"ın sabiq hücumçusu Juninyo onun rəhbərliyi altında çalışıb. Luis 100 matçta 63 qələbə, 21 heç-heçə ve 16 məğlubiyyət göstəricilərinə imza atdığı komandadan martın 3-də istefaya göndərilib. Juninyo isə yanvarın 1-də Meksika "Pumas"ına keçib.







































































