1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İranda 5 medal
Noyabrın 22-də İranın Gürgan şəhərində 15 yaşadək yunan-Roma güləşçiləri arasında "Day of children" turniri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi yarışı 5 medalla başa vurub. Fərdi mübarizədə Ruslan Nurullayev (68 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Mehdiyev (44 kq), Cavidan Məmmədli (48 kq) və Elmir Əliyev (52 kq) gümüş medal qazanıb. Pərviz Dadaşov (41 kq) isə bürünc medala sahib olub.
Komanda yarışında məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Fəraim Mustafayev (38 kq), Pərviz Dadaşov (41 kq), İsmayıl Rzayev, Tural Mehdiyev (hər ikisi 44 kq), Cavidan Məmmədli (48 kq), Elmir Əliyev (52 kq), Etibar Rzayev (57 kq), Kənan Abdullazadə, Fərid Zeynalabdinov (hər ikisi 62 kq), Ruslan Nurullayev (68 kq), Emil Ağayev (75 kq) və İbrahim Mehrəliyevdən (85 kq) ibarət kollektiv çıxış edib. İlk görüşdə İranın 2-ci yığması ilə qarşılaşan Azərbaycan komandası qələbə qazanıb. Lakin daha sonra bu komanda Gürcüstana 3:7 hesabı ilə uduzaraq, 5-ci yeri tutub.
Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov həm sərbəst, həm də yunan-Roma güləşçilərinin turnirində ədaləti qoruyub.