1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondoçularımızdan 2 gümüş, 3 bürünc medal
31 may-1 iyun tarixlərində Avstriyanın İnnsbruck şəhərində "Taekvondo” idman növü üzrə təşkil edilən ənənəvi "Austrian Open” turniri başa çatıb. Taekvondo Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, G1 dərəcəli yarışda ölkəmizi yeniyetmələrdən ibarət milli komandamız təmsil edib.
Yarışa 26 taekvondoçu ilə qatılan yığmamız, ümumilikdə, 2 gümüş və 3 bürünc medalla turnirdə iştirakını başa vurub. Belə ki,baş məşqçi,əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun yetirmələrindən Şirin Məmmədov (-53 kq) və Minayə Əkbərova (-29 kq) yalnız final döyüşündə məğlub olaraq gümüş medala layiq görülüb. Millinin digər üzvlərindən İkram Hüseynov (-61 kq), Mehdi Tağıyev (-65 kq) və Diana Hacıəliyeva (-44 kq) isə mübarizəni yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənib.