İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, yarışın 3-cü günündə qadınlar mübarizəyə qoşulub. Azərbaycanın bu gün xalça üzərinə çıxan yeganə təmsilçisi Şəhanə Nəzərova gənclər arasında debüt edib. O, ilk görüşdə bolqarıstanlı rəqibini vaxtından əvvəl məğlub edib.
Lakin 1/4 finalda Nəzərova Rusiya təmsilçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün azərbaycanlı pəhləvan iyunun 6-da təsəlliverici görüşə çıxacaq.
Avropa çempionatı
50 kq
1/8 final. Şəhanə Nəzərova - Petya Zarkova Delçeva (Bolqarıstan) - 11:0
1/4 final. Şəhanə Nəzərova - Darya Xvostova (Rusiya) - 0:10
Təsəlliverici görüş. Şəhanə Nəzərova - Taro Marketta Vainionpaeae (Finlandiya)