İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, bu gün 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib.
Azər Əhmədov ilk görüşdə almaniyalı rəqibinə uduzub.
Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionu Turan Bayramov 1/8 finalda Gürcüstan təmsilçisinə minimal fərqlə qalib gəlib. O, daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib.
Elmar Kazımov ilk qarşılaşmada Moldova təmsilçisinə yenilib.
Abubakr Abakarova ilk görüşündə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığma üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb.
Sənan Əlizadə debütdə ukraynalı güləşçiyə sonuncu xal prinsipinə əsasən uduzub.
57 kq
1/8 final. Azər Əhmədov - Niklas Steşele (Almaniya) - 9:12
65 kq
1/8 final. Turan Bayramov - Amiran Vaxtanqaşvili (Gürcüstan) - 2:1
1/4 final. Turan Bayramov - Marvane Əhməd Yezza (Fransa) - 3:1
1/2 final. Turan Bayramov - Nikolay Qrahmez (Moldova)
70 kq
1/8 final. Elmar Kazımov - Vasile Diakon (Moldova) - 4:9
79 kq
1/8 final. Abubakr Abakarov - İlya Xamtsov (Belarus) - 10:0
1/4 final. Abubakr Abakarov - Dominikas Viliusis (Litva) - 11:0
1/2 final. Abubakr Abakarov - Erik Reinbok (Estoniya)
97 kq
Təsnifat. Sənan Əlizadə - Danilo Stasiuk (Ukrayna) - 1:1*
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.