İtaliyanın Faentsa şəhərindəki yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın bu növ üzrə millisi 3 qızıl, 1 gümüş və 2 bürünc medalla qazanıb. Bu nəticə ilə ölkəmiz 135 xalla Avropa ikincisi olub və yalnız 178 xala malik Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olub. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |