Gənclər və İdman Nazirliyinin (AGİN) rəsmiləri Olimpiya Güləş Mərkəzində olub.
Sportnet.az Azərbaycanın Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov, AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı mütəxəssis Yaşar Rzayev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla birgə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəni təmsil edəcək güləşçilərlə görüşüb.
Onlar həm yunan-Roma, həm də sərbəst güləş üzrə millilərinin üzvlərinə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını söyləyiblər.
Qeyd edək ki, yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçiləri sabah Qazaxıstana yollanacaq. Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə çıxacaq. Mundial 14 - 22 sentyabrıda baş tutacaq.