Rusiyanın Vladiqafqaz şəhərində 23 yaşadək güləşçilər arasında Yuri Qusovun xatirə turniri keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanın iki təmsilçisi fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) qızıl, Abubakr Abakarov (79 kq) isə gümüş medal qazanıb.